Katarakta

Katarakta nədir?

  • Katarakta (mirvari suyu)-gözün büllurunun bulanmasıdır.
  • Əsasən yaşla əlaqədardir və yaşlı insanlarda baş verir.
  • Katarakta tək və ya hər 2 gözdə ola bilər.
     

Büllur nədir?

  • Büllur gözün şəffaf hissəsidir,onun hesabina fokus torlu qişada alınır.
  • Normal gözlərdə işıq şüaları şəffaf büllurdan keçir və torlu qişada fokuslaşır.
  • Torlu qişada təmiz şəkil alınması üçün büllur şəffaf olmalıdır.
  • Əgər büllur bulansa xəstə dumanli və solğun görməyə başlayır.
     

Kimlərdə daha çox katarakta yaranır?

  • Kataraktanın olma riski yaşla artır.Risk faktorlarına bunlar aiddır:
  • Bəzi xəstəliklər (şəkərli diabet,autoimmun xəstəliklər)
  • Zərərli vərdişlər (siqaret,spirtli içki)
  • Şüalanma(uzun müddət günəş şüalarının şüalanması).
     

Kataraktanın simptomları nədir?

  • Dumanlı görmə
  • Rənglərin solğunlaşması
  • İşıq ətrafında həlqələrin olması
  • İkiləşmə
  • Eynəyin ölçülərinin tez-tez dəyişməsi
     

Kataraktanin başqa formaları var?

  • Ikincili katarakta-gözdə olan iltihab,dərman qəbulu və ya xəstəlik nəticəsində əmələ gəlir.
  • Anadangəlmə katarakta-bəzi körpələrdə anadangəlmə və ya uşaq ikən katarakta əmələ gəlir bu əsasən ana hamilə olan zamanı keçirtdiyi xəstəliklərə əlaqədardir. İrsiyyətdə öz rolunu oynayır.
  • Şüa kataraktası-uzun müddət şüalanmadan sonra əmələ gəlir.
     

Katarakta necə diaqnoz olunur?

  • Katarakta diaqnozu gözə tam müayinə olunduqdan sonra qoyulur.
  • Görmə itiliyi yoxlanir
  • bəbək genəldilməlidir və göz dibi yoxlanılmalıdır
  • Tonometriya
     

Kataraktanin dərmanla müalicısi varmi?

  • Xeyr. Kataraktanin müalicəsi yalnız cərrahi yolladır.
     

Əməliyyat hansı üsulla olunur?

  • Katarakta fakoemulsifikasiya üsulu ilə əməliyyat olunur.
     

FAKO nədir?

  • Fakoemulsifikasiya zamanı katarakta ultrasəslə əridilir və intraokulyar linza implantasiya olunur.
     

Əməliyyat agrılıdır?

  • Əməliyyat zamanı gözü damcı ilə keyləşdiririk və heç bir ağrı olmur.
     

Əməliyyata göstəriş nədir?

  • Pasientin görməsinin 50% -dək zəifləməsi, eynəklə korreksiya olunmaması, həyat tərzinə təsir etməsi.

 

Əməliyyatdan əvvəl sizdən tam müayinəyə  gəlməyinizi xahiş edəcəyik. Müayinə zamanı katarakt cərrahiyyəsinin sizə uyğun olub-olmadığını tam müəyyən edəcəyik. Bu müayinə zamanı biz:

  • Gözlərinizin və görmə qabiliyyətinin müxtəlif ölçülərini götürürük
  • Kataraktanızın gündəlik həyatınıza necə təsir etdiyi barədə sizə suallar veririk
  • Sizə əməliyyatın potensial fayda və risklərini izah edirik
  • Hansı növ gözdaxili linza (IOL) yerləşdirəcəyinizi müzakirə edirik.

Üç fərqli IOL növü var:

  • Monofokal linzalar (bir fokus nöqtəsi olan linzalar; görmə qabiliyyətiniz ya uzaq məsafə, ya da yaxın  məsafəni yaxşı görür)
  • Multifokal linzalar(ağıllı linzalar, uzaq və yaxın məsafəni yaxşı görmək üçün)
  • Torik linzalar  (monofokal və ya multifokal torik linzalar olur və astuqmatizm zamanı tövsiyə olunur).

Müayinəyə avtomobillə gəlməyinizi tövsiyə etmirik. Çünki müayinə zamanı bəbəyinizi genişləndirmək (böyütmək) üçün sizə göz damcıları veriləcək və bu, təxminən dörd saat ərzində görmə qabiliyyətinizi bulanıqlaşdıracaq. Bu müddət ərzində qanuni olaraq avtomobil idarə edə bilməyəcəksiniz. Zəhmət olmasa, kiminsə sizi görüşdən evinizə gətirməsini təşkil edin.