Xidmətlər

Blefaroplastika haqqında nələri bilməlisiniz?

Blefaroplastika – yuxarı və aşağı göz qapaqlarında yaranan yırtıq və artıq dərinin kənarlaşdırılması məqsədilə aparılan əməliyyat növüdür. Bu əməliyyatlar vasitəsilə göz qapaqlarında yaranmış yaşa bağlı dəyişiklikləri aradan qaldırmaq və ya azaltmaq mümkündür. Blefaroplastikanın bir neçə növü mövcuddur və pasientə bu əməliyyatlardan hansının tələb olunduğuna yalnız həkim qərar verir.

Badam göz

Kantoplastika – gözün təbii kəsiyini (formasını) dəyişməyə imkan verən əməliyyatdır. Bu əməliyyat sayəsində asiya gözləri (badam gözlər) effektinə nail olmaq olur.

Kantopeksiya – gözün xarici bucağını qaldırmaq və yerində fiksasiya etmək məqsədilə aparılır.

Blefaroplastika

Blefaroplastika əməliyyatlarına yalnız cərrahla birlikdə qərar verilir. Əməliyyatdan öncə həkim pasientə əmliyyatın gedişini və əməliyyat zamanı və ondan sonra baş verə biləcək fəsadları izah edir, reabilitasiya dövrünə dair tövsiyyələrini verir.

Blefaroplastikaya bir neçə əks-göstəriş var
  • Göz ətrafında iltihab və ya hər-hansı patologiyanın olması
  • Şəkərli diabet
  • Onkologiya
  • Qanın sistem xəstəlikləri
  • Qadınlarda hamiləlik və menstruasiya
  • Orqanizmdə hər-hansı iltihabi prosesin olması
  • Kəllədaxili və gözdaxili təzyiqin yüksək olması
  • Arterial hipertenziya
  • Gözlərdə quruluq
Blefaroplastikanın müsbət və mənfiləri

Blefaroplastikanın müsbət cəhəti - əməliyyatın qısa müddətə bitməsi (30 dəqiqədən başlayaraq) və fəsadların nadir halda baş verməsidir. Həmçinin, reabilitasiyadan sonra pasientin də qiymətləndirə biləcəyi nəticə.

Mənfi cəhəti – 10 günə qədər məzuniyyətin tələb olunması və mümkün ağırlaşmalardır.

Göz qapaqları plastikası zamanı ağırlaşmaların qarşısını almağın ən yaxşı üsulu – peşəkar və təcrübəli cərrahın və düzgün tibb müəssisəsinin seçilməsidir.

Nenem Günay xanimin yaninda iki defe emaliyat oldu gozlerinden cox razi qaldiq.
Nergiz Allahquluzade
Çox sağolun həkim, əlləriniz var olsun indi hər şey çox yaxşıdı, acqidan daha yaxşı görürem. Herden hələ də inanmiram acqisiz belə əla gorduyume, yaxşı ki sizi tapdım fbda, müraciət etdim. Hər şey de çox gözəl oldu. Uğurlar diləyirəm sizə.
Ilkin Bayramli