Xidmətlər

Diabetik retinopatiya nədir?

Diabet insulin ifrazının azalması nəticəsində qanda şəkərin miqdarının artmasıdır.

Torlu qişa gözün arxa qişasıdır və bu qişa işıq şüasına həssasdır. İşıq şüalarını transformasiya edərək beyinə ötürür.Diabetik retinopatiya nəticəsində qan damarlari kövşəkləşir və damar keciriciliyi artir. Keciriciliyin artmasi nəticəsində torlu qişaya su yıgılır (ödem),qansızmalar ,lipid depozitləri əmələ gəlir.

Diabetik retinopatiyada görmənin itməsinə səbəb:
  • Lipid və su depozitlərin torlu qişanin mərkəzində yıgılması
  • Torlu qişa damarlarının qanaması
  • Torlu qişada membranın əmələ gəlməsi və torlu qişanın qopması
Simptomlar:
  • İlkin mərhələdə xəstədə heç bir şikayət olmur.
  • Dəyişikliklər artdıqca görmə zəifləyir, oxuma, maşın sürmə çətinləşir.
  • Qan sizma göz önündə qara pərdənin əmələ gəlməsinə, uçan nöqtələrə və tam görmənin itməsinə səbəb olur.
Diabetik retinopatiyanin irəliləmiş mərhələlərində aşagidaki subyektiv simptomlar olur:
  • Uzaq görmə çətinləşir.
  • Dərman anotasiyaları və xırda şriftləri oxumaq çətinləşir.
  • Şəkərli diabet xəstələrinin gözlərinin kontrol müayinədən keçməsi mütləqdir
  • Yaxin məsafədə işləmək çətinləşir.
  • Diabetik retinopatiyanın erkən aşkarlanması və müalicəsi görmənin itməsinin və korlugun qarşısnı alır.
  • Erkən diaqnostikanın yeganə yolu bəbəyin damci vasitəsilə genəldilməsi və göz dibinin müayinəsidir.
Tövsiyyə olunan kontrol müayinənin sxemi belədir:
  • Aşkar olunmayan və ya yüngül retinopatiya zamani ildə bir(1) dəfə
  • Qeyri-proliferativ diabetik retinopatiya yumşaq forma zamani 6 aydan bir
  • Qeyri-proliferativ diabetik retinopatiya orta agirlikli forma zamani 3 aydan bir
  • Qeyri-proliferativ diabetik retinopaiya agir forma zamani 2 aydan bir
  • Lazer fotokoaqulyasiyadan sonra 1-aydan 6-aya kimi (oftalmoloqun məsləhəti ilə)
Diabetik retinopatiya və hamiləlik
  • Hamiləlik diabetik retinopatiyanin gedişini progressivləşdirir
  • Diabeti olan hamilə qadin hər 3 aydan bir müayinədən keçməlidir
Diabetik retinopatiya ilə necə mübarizə aparmal?
  • Vaxtında aşkarlanmış və kontrolda olan şəkər diabetik retinopatiyanın əmələ gəlməsinin və progressivləşməsinin qarşısını alır.
  • Klinik araşdırmalar göstərir ki, ilk 10 ildə kontrolda olan şəkərin qanda miqdari diabetik retinopatiyanın əmələ gəlməsini ləngidir.
  • Əgər qanda şəkərin miqdarı intensiv müalicə ilə kontrolda saxlanılsa diabetik retinopatiyanın 9 il müddətində progressivləşmə riski 5 dəfəyə qədər azalmış olur.
  • Kontrolda olmayan və qalxib-düşən şəkərin miqdarı diabetik retinopatiyanin əmələ gəlmə tezliyini artirir.
  • Xəstələr bilməlidirlər ki, təkcə şəkərin qanda kontrolu yox,həmçinin şəkərin qanda qalxib düşməsinin qarşisi alinmalidir.
  • Vaxtında müayinə,yaxşi pəhriz və dərmanların qəbulu həyatı vacib təyinatdır.
  • Hipertoniya, aşagı hemoqlobin, hiperlipidemiya, kardiomiopatiya və nefropatiyası olan xəstələrdə proliferativ diabetik retinopatiyanin əmələ gəlmə riski yüksəkdir.Ona görə bu sistemik faktorlar nəzarət altinda saxlanılmalıdır.
Lazerlə müalicəyə nə vaxt başlanılmalı?
  • Makulyar ödem
  • Proliferativ diabetik retinopatiya (yeni qan damarlarin formalaşmasi) zamani lazer göstərişdir.
İntravitreal anti-VEGF (LUCENTİS, AVASTİN) inyeksiyasi nədir?
  • Proliferativ diabetik retinopatiya zamani anormal damarlarin neovaskulyarizasiyası baş verir, sonra qansizma, torlu qişanın qopması baş verir.
  • Anormal qan damarlarının inkişafını dayandirmaq üçün lazerdən və anti-VEGF adlanan dərman qrupundan istifadə edirlər.
  • VEGF birləşməsi (vascular endothelial growth factor -vaskulyar endotelin böyümə faktoru ) torlu qişada anormal damarların əmələ gəlməsini stimullaşdırır.
  • Anti-VEGF qrup dərmanlardan istifadənin məqsədi anormal damarların əmələ gəlməsini dayandırmaq və reqressinə nail olmaqdir.
  • Anti-VEGF dərmanlardan AVASTİN və LUCENTİS intravitreal (gözün içinə) yeridməklə proliferativ diabetik retinopatiyanin progressivləşməsinin qarşısının alınmasında və prosesın stabilləşməsində qənaətbəxş nəticələr alinmaqdadir.
  • Avastin lazerlə kombinə şəkildə və ya tək istifadə oluna bilər.
  • Son araşdirmalar göstərir ki,Avastinin (off-label) makulyar ödemin azalmasinda da rolu əvəz edilməzdir.
Cərrahi müdaxilə nə zaman göstərişdir?
  • Şüşəyəbənzər cismə qan sızdıqda (gözün içində qansızma )
  • Torlu qişa qopması
  • Refraktiv makulyar ödem
  • Vitreo-makulyar traksıya
Məndə şəkər var. Mənim ehtiyacim var sistemik yoxlanmaga?
  • Mütləq! Bu çox vacib faktordı. Mütləq böyrəklərin və ürəyin funksiyası,lipid və xolesterinin səviyyəsi yoxlanılmalı və normaya salınmaldır.
  • Siz yadda saxlamalısız ki,gözünüzdə aparilan müalicənin effektiv olmasi üçün ümumi vəziyyət və şəkər kontrolda olmalıdır.
Qanda şəkərin yaxşi kontrolu nəyə deyilir?
  • Ac qarina qlükozanin qanda miqdarının 110mg/dl və ya yeməkdən 2 saat sonra 150-160 mg/dl olmasi yaxşı kontrol hesab olunur.
Diabetik retinopatiyanın əmələ gəlməsini tezləşdirən risk faktorlar hansılardır?
  • Diabetin müddəti
  • Qanda şəkərin miqdarının yüksək olması və tez-tez qalxib düşməsidir.
  • Hipertoniya , ürək , böyrək xəstəliyi və hamiləlik
Diabetik retinopatiyanin ilkin mərhələdə necə aşkar olunmalidir?
  • Erkən aşkarlanmasının yeganə yolu torlu qişanın müayinəsidir. Çünki, ilkin mərhələdə xəstələrin şikayəti olmur.
Xəstəliyin simptomlarına nə aiddir?
  • Makulyar ödem inkişaf etdikcə görmə dumanlaşır, oxuma və maşın sürmə çətinləşir.
  • Görmə tədricən pozulur.
  • Gözün içinə qan sızdıqda görmə qəfil itir.
  • Əgər qansızma azdırsa göz önündə qara nöqtələr əmələ gəlir.
n diaqnozunu kim qoya bilər? Göz dibi ilə məşgul olan oftalmoloq (retinoloq) diabetik retinopatiyanın və onun mərhələlərini təyin edə bilər. Lazer fotokoaqulyasiyasi nədir?
  • Lazer güclü işıq enerjisinin şüalanmasıdir.
  • Bu enerji ilə torlu qişanın xəstəlikləri müalicə olunur.
  • Diabetik makulyar ödem və proliferativ diabetik retinopatiya zamanı lazer göstərişdir.
Bu necə baş verir?
  • Göz dibinin lazerini göz dibi mütəxxəsisi həyata keçirməlidir.
  • Lazerdən öncə xəstənin bəbəkləri dərman vasitəsi ilə genəldilir.
  • Sonra xəstə lazer aparati qabagında oturur.
  • Xüsusi diaqnostik linza gözə qoyulur və başlanir göz dibi fotokoagulyasiya olunmaga.
Xəstə lazerdən sonra evə gedə bilər?
  • Lazerdən sonra bir neçə saat görmə dumanlı olur.
  • Xəstə lazerdən 6-8 həftə müddətində özünü qorumalidir.(Şəkər ,qan təzyiqi kontrolda olmalıdır)
Bir seans lazerlə diabetik retinopatiyanın progressivlışməsinin qarşisini almaq olar?
  • Xeyr. Bir seans kifayət deyil.
  • Proliferativ diabetik retinopatiya zamanı 3 və ya daha çox seans lazım ola bilər .
  • Hər bir seansdan sonra xəstə periodik olaraq kontrola gəlməlidir .
  • Hər bir kontrol gəliş zamanı həkim xəstəyə göz dibinin vəziyyəti barədə məlumat verir .
  • Lazim ola biləcək əlavə lazer , intravitreal anti-VEGF (AVASTİN) inyeksiyasi və ya cərrahi əməliyyat barədə məlumat verilir.
QEYD-lazer fotokoaqulyasiyasi görmənin artmasi üçün deyil,sadəcə olaraq görməni stabil saxlamaq üçündür. 
Nenem Günay xanimin yaninda iki defe emaliyat oldu gozlerinden cox razi qaldiq.
Nergiz Allahquluzade
Çox sağolun həkim, əlləriniz var olsun indi hər şey çox yaxşıdı, acqidan daha yaxşı görürem. Herden hələ də inanmiram acqisiz belə əla gorduyume, yaxşı ki sizi tapdım fbda, müraciət etdim. Hər şey de çox gözəl oldu. Uğurlar diləyirəm sizə.
Ilkin Bayramli