Xidmətlər

Torlu qişanın mərkəzi venasının trombozu.

Torlu qişanın vacib əsas bir arteriyası və bir venası var. Onlar gözə daxil olduqdan sonra şaxələnirlər və hissələrə yuxarı və aşağı kvadrantlara bölünürlər. Torlu qişanın mərkəzi venası tıxandıqda buna torlu qişanın mərkəzi venasının trombozu deyirlər.

Okkluziyada blok baş verdikdə damarda tıxanma baş verir və Tromboz zamanı qan torlu qişanın daxili qatlarına dövran edə bilmir. Bu halda makula şişir, ora maye yığılır və bu da mərkəzi görməyə təsir edir. Uzun müddət bunun belə durğun qalması sinir hüceyrələrinin məhv olmağına və görmənin daha da zəifləməsinə gətrib çıxardır.

Əsas simptomlar hansilardır?
  • Tromboz zamanı əsas simptom görmənin itməsi və ya görmənin dumanlı olması
  • Görmənin yuxarı və ya aşağı kvadrantda zəif olmasi
  • Görmənin qəfil itməsi
  • Adətən mərkəzi venanın trambozu tək bir gözdə baş verir. Bir gözdə baş verirsə digər gözdə də olma riski var.
Hansı insanlar və pasientlər bu risk qurupuna daxildir?
  • Mərkəzi venanın trombozu 50 yaş və ondan yuxarı insanlarda baş verir
  • Arterial təzyiq
  • Şəkərli diabet
  • Aterosklerozu olan insanlar
Müalicə nədir?
  • Anti-VEGF preparatların intravitreal yeridilmesi
  • Grid ve Pan-retinal fotokoaqulyasiyar
Nenem Günay xanimin yaninda iki defe emaliyat oldu gozlerinden cox razi qaldiq.
Nergiz Allahquluzade
Çox sağolun həkim, əlləriniz var olsun indi hər şey çox yaxşıdı, acqidan daha yaxşı görürem. Herden hələ də inanmiram acqisiz belə əla gorduyume, yaxşı ki sizi tapdım fbda, müraciət etdim. Hər şey de çox gözəl oldu. Uğurlar diləyirəm sizə.
Ilkin Bayramli