Xidmətlər

Yaşa bağlı makulyar degenerasiya (YMD)

Torlu qişanın mərkəzindəki bölgəyə makula (sarı nöq-tə) deyilir. Sarı nöqtə ya da latınca adı fovea makulanın tam ortasında yer alır. Sarı nöqtə rəngli və aydın gör-məmizi təmin edər.

Sarı nöqtə xəstəliyi nədir?
  • Görmə mərkəzinin yəni makulanı tutan xəstəlikdir.
  • Retina və retina altındakı qişalara təmas edərək mər-kəzi görmənin azalmasına yol açar.
  • 50 yaşdan sonra ciddi görmə itkisinə ən çox səbəb olan xəstəlikdir.
Xəstəliyin simptomları nələrdir?
  • Görmənin zəifləməsi yada bulanıq görmə
  • Görmə sahəsinin ortasında qara nöqtələr
  • Rəngləri solğun və donuq görünməsi
  • Cizgiləri əyri,dalğalı ya da zəif görünməsi
Kimlər sarı nöqtə xəstəliyinə görə daha çox risk altın-dadır?
  • Yaş artdıqca risk artar.
  • Siqaret çəkmək xəstəliyə yoluxma riskini 3 dəfə artırır.
  • Siqaret çəkən əhatədə olmaq riski 2 dəfə artırır.
  • Siqareti atmaq riski azaldır .
  • Günəş ışıgına həddindən çox məruz qalmaq
  • Özəl olaraq mavi və ultrabənövşəyi dalğalı şüalar
  • Ayrıca, ailədə sarı nöqtə xəstəliyi tapılması, yük-sək qan təzyiqi,qanda xolesterin olması , ürək və dam-ar xəstəliyinin olması , yüksək bədən kütləsi indeksi və müəyyən vitamınlərin və mineraların yediklərimizlə az qəbul olunması sarı nöqtə xəstəliyi üçün risk faktırıdır.
Qidalanmamızın sarı nöqtə xəstəliyi ilə necə bir əla-qəsi vardır?
  • Luteinin bol olduğu qidalar.
  • Ispanaq, kələm və brokolidən bol bir pəhrizlə qidalanan insanlarda sarı nöqtə xəstəliyi daha az rast gəlinir. Bu qidalrda bol miqdarda lütein və zeaksantin deyilən makulanı qo-ruyucu 2 önəmli piqment var. Tünd yaşıl yarpaqlı səbzələrdən başqa sarı bibər, qarğıdalı, avokado, şaftalı, portaqal, xurma və yumurta sarısında da bol miqdarda lütein və zeaksantin vardır.
  • Sinkdən zəif bir dietayla bəslənən insanlarda sarı nöqtə xəstəliyi daha sıx rast gəlinir. ət, balıq ,qabıqlı dəniz məhsulları , paxla,lobya , noxud, yulaf kimi qidalarda sink tapılmaqdadır.
  • Omega -3 yağ asetilərinden zəngin bir dietayla qidalanan insanlar da həm xəstəlik daha az rast gəlinir həmdə xəstəliyin irəliləməsini yavaşıtmadadır. Balıq (lasos,ton və sardini) yağı, qoz , və bitki yağlarında (kətan toxumu) bol miqdarda omega- 3 yağ asitiləri tapılmaqdadır. Göz sağlamlığınız üçün bol meyvə qəbul olunması vacibdir. Doymuş yağ asitilərindən və xolestirinli zəngin qidalardan uzaq durmaq lazımlıdır.
Xəstəlik necə başlayır?
  • Erkən zamanlarda xəstələrin makulalarında ağ nöqtələr meydana gəlmələri gözlənilir. Bu mərhələdə xəstələrin görmələri tamdır ya da xəfif azala bilər
  • Bunları ancaq detaylı bir retina müayinəsi sırasında göz həkimi ispatlaya bilər və irəliləməsinə qarşısını almaq üçün sizə lazımlı vitaminlər verir və təkliflər verir. Bu da göz həkiminin etdiyi periodik müayinənin önəmini göstərir.
  • Erkən mərhələdə sarı nöqtə xəstəliyinin irəliləməsi davam edər və 2 –ci tip sarı nöqtə xəstəliyi əmələ gələ bilər.

YMD 2 tipi var: Quru və Yaş tip

Quru tip sarı nöqtə xəstəliyi daha sıx rast gəlinir, daha yavaş irəlilədiyindən görmə itkisi daha azdır və uzun zamanda meydana çıxır. Ağ nöqtələrin(druzlarin) sayi ölçüləri artar. Retina piqment epiteli və fotoreseptorlu hüceyrələrdə atrofiya meydana gəl-diyindən görmə azalır. Quru tip bəzi zamanlarda yaş tipə çevrilə bilir. Amsler kağız testi ilə öz özünüzü yoxlaya bilərsiniz. Bu testde düz cizgilərin əyri görünməsi , bəzi xətlərin görünməməsi ya da tünd görünməsi sarı nöqtə xəstəliyidən xəbər verə bilər.

Yaş tip sarı nöqtə xəstəliyində retina altında yeni damarlar əmələ gəlir. Bu yeni damarlardan maye yığımı və qanama olur. Maye toplanırsa düz cizgilər əyri görülür; qanama olursa ciddi görmə itkisinə səbəb olur. Ən son mərhələdə çapıq toxuma halını alır. Ciddi mərkəzi görmə itkisi meydana gəlir ama kənardan və mərkəzin ətrafının görməsi qorunur. Çox nadir hallarda tam korluq yaranar.

Bu halda hansı müayinələr edilməlidir?

Optik koqerent tomografiyası (OCT) hər xəstəyə standart uygulanır.

Sarı nöqtə xəstəliyinin müalicəsi nədir?

Əgər quru tipli sarı nöqtə xəstəsisnizsə düzənli olaraq oftalmoloqa getməyiniz və çeşidli vitamin və mineral maddələri ilə lütein kimi antioksidant özəlliyi sahib həbləri istifadə etməyiniz önəmlidir. Yaşa bağlı göz xəstəliyi çalışma qurupunun sarı nöqtə xəstəliyini irəliləməsini yavaşıtdığı üçün təklif etdiyi formulası;

  • C vitamini 500 mg
  • E vitamini 400 IU
  • Lütein 10 mg
  • Zeaksantin 2 mg
  • Sink 80 mg
Yaş tipli YMD müalicəsi nədir?

Yaş tipli sarı nöqtə xəstəliyində son zamanlarda ən çox uyğulanan müalicə göz içinə anti- VEGF( Vascular Endothelial Growth Factor) dərman ineksiyasıdır. Bu dərmanlar, qanamalara və maye yığımlarına yol açaraq görməni azaldan anormal damar inkişaflarına əngəl olurlar. Beləliklə xəstəliyin inkişafına əngəl olurlar.

Ən çox göz içinə uyqulanan anti- VEGF-lər Bevacizumab, Ranibizumab, Aflibercept tət-biq olunurlar. Müalicədən yaxşı nəticə ala bilmək üçün xəstələrin düzənli kontrola gəlməsi çox önəmlidir.

Anti-VEGF əks təsiri nədir?
  • Göz içinə edilməsinə baxmayaraq ağrısızdır və asand bir prosedurdur.
  • Əks təsirləri çox azdır.
  • Göz iltihabı, katarakta inkişafı çox nadirdir.
Nenem Günay xanimin yaninda iki defe emaliyat oldu gozlerinden cox razi qaldiq.
Nergiz Allahquluzade
Çox sağolun həkim, əlləriniz var olsun indi hər şey çox yaxşıdı, acqidan daha yaxşı görürem. Herden hələ də inanmiram acqisiz belə əla gorduyume, yaxşı ki sizi tapdım fbda, müraciət etdim. Hər şey de çox gözəl oldu. Uğurlar diləyirəm sizə.
Ilkin Bayramli