Azərbaycanda ilk dəfə canlı cərrahiyə tədbirləri 

Mən oftalmoloq-cərrah Günay Əliyeva  - “Miopiya və Lazer Mərkəzi”nin rəhbəri, Amerika Oftalmoloqlar Akademiyasının üzvü 5 fərqli zamanda öz həmkarlarıma canlı cərrahiyə kursları keçmişəm. Tədbirlər adətən 2 hissədən ibarət olmuşdur. Kursun birinci hissəsində iştirak edən həmkarlarıma gözün anatomiyası, üst və alt blefaroplastika əməliyyatlarının texnikaları haqqında təlim keçmişəm. Kursun 2-ci hissəsində isə əməliyyatxanada 2 pasiyentin üzərində canlı cərrahiyyə əməliyyatlarını icra etmişəm. Bütün əməliyyatlar canlı olaraq kursun keçirildiyi məkanda həkimlər tərəfindən izlənib.

Tədbirin sonunda iştirakçılara İSO 29993:2017 və İSO 9001:2015 standartlarına sahib sertifikatlar təqdim edilib. İştirakçıların fikrincə, bu kurs ölkəmiz adına görülən çox əhəmiyyətli bir yenilik idi. Bəziləri isə bunu “əvəzsiz elmi iş” adlandırıb və hər şeyin yüksək səviyyədə keçirildiyini bildiriblər.

Tədbirlərin siyahısı

  • 12.05.2018 REFRAKSION Cərrahiyyə  KURSU
  • 21.09.2019 BAKİ RETİNA GÜNÜ I 
  • 31.05.2022 MİOPİYAYA NƏZARƏTDƏ MÜASİR İMKANLARİMİZ I
  • 29.09.2023 MİOPİYAYA NƏZARƏTDƏ MÜASİR İMKANLARIMIZ II
  • 16.03.2024 ESTETİK BLEFAROPLASTİKA İlk Canlı cərrahiyyə

 

 

Qalereya