Ağıllı linza nədir?

Ağıllı linza nədir?

Trifokal və ya ağıllı linzalar uzaq, orta və yaxın məsafələri eynəksiz görməmizi təmin edən gözdaxili linzalardır. Sadəcə uzağı görməyə hesablanmış linzaların implantasiyasından sonra pasientlər yaxın məsafələrə baxarkən (telefon, planşet, kompüter, kitab) eynəkdən istifadə etməli olurlar. Bu linzalar isə xüsusi quruluşları sayəsində həm uzağı (maşın sürərkən, eatrda tamaşa izlərkən), həm orta (kompüter, telefon istifadəsi, yemək bişirmə), həm də yaxın (xırda hərflər, tikiş və s.) məsafələri eynəksiz mükəmməl görməmizə yardım edir.

Ağıllı linzalar kimlərə implantasiya olunur?

50 yaşdan yuxarı, kataraktası olan və ya yaxına və ya uzağa görmə zamanı eynəkdən istifadə etmək istəməyən, həmçinin gözünün quruluşu ağıllı linzalara uyğun olan insanlara bu linzaları implantasiya etmək mümkündür. Astiqmatizmi olan pasientlər üçün bu linzaların xüsusi növləri mövcuddur.

Eynəkdən azad olmaq istəyən pasientə ağıllı linza taxıla bilərmi?

Kataraktası olmayan, lakin eynəkdən azad olmaq istəyən pasientlərə ağıllı linza implantasiya oluna bilər. Lakin eynəkdən azad olmaq istəyən hər bir insana ağıllı linzalar uyğun deyil. Pasientin göz quruluşu və yaşı nəzərə alınmalıdır.

Ağıllı linzalar və digər göz patologiyaları?

Makula (sarı nöqtə) xəstəlikləri və şəkərli diabeti olan şəxslərə ağıllı linzalar tövsiyyə olunmur. Qlaukoması olan pasientə ağıllı linzanın implantasiyasına yalnız geniş müayinədən sonra qərar verilə bilər. Burada görmə sinirinin vəziyyəti çox əhəmiyyətlidir. Lakin trifokal linza implantasiyası mümkün olmayan pasientlərə uzaq və orta məsafəni rahat görməyə imkan verən, “edof” texnologiyası ilə hazırlanan linzalar implantasiya etmək olar.

Astiqmatizmi olan pasientlər üçün ağıllı linzaların xüsusi TORİK modelləri mövcuddur.

Ağıllı linzalar üçün yaş məhdudiyyəti varmı?

Ağıllı linzalar, adətən, 45-50 yaşdan başlayaraq və daha yaşlı pasientlərə implantasiya olunur. Yuxarı yaş həddi yoxdur.

Paylaş

0 şərh

Şərh yaz

Email adresiniz paylaşılmayacaq.