Astiqmatizm

Astiqmatizm gözün buynuz qişasının və ya büllurun qeyri-müntəzəm formasına görə işıq şüalarının düzgün fokuslanmaması nəticəsində bulanıq və ya təhrif olunmuş görüntü yaradan görmə qüsurudur. Əsas Səbəbləri İrsi faktorlar, Buynuz qişanın qeyri-müntəzəm forması, Göz travmaları və əməliyyatları, Keratokonus və Göz infeksiyaları və iltihablardır. Astiqmatizm həm uşaqlarda, həm də böyüklərdə rast gəlinir və vaxtında aşkarlanaraq düzəldilməzsə, görmə problemlərinə səbəb ola bilər. Bu səbəbdən, göz müayinəsini mütəmadi olaraq etdirmək tövsiyə olunur. Əsas simptomlar bulanıq görmə, baş ağrısı və göz yorğunluğudur. Müalicə üçün eynək, kontakt linzalar və lazer əməliyyatı tətbiq edilir.

Miyopiya

Miyopiya nədir?
Miyopiya uzaqdakı obyektlərin bulanıq görünməsi ilə xarakterizə olunan göz qüsurudur. Bu, əsasən gözün normadan uzun olması və ya buynuz qişanın çox əyri olması səbəbindən işığın tor qişanın üzərinə deyil, qarşısına fokuslanması ilə bağlıdır.Miyopiyanın səbəbləri genetik meyillilik, uzun müddət ekranla və yaxın məsafədə işləmək, açıq havada az vaxt keçirmək və Gün işığının azlığı ola bilər. Eynək və kontakt linzalar, Lazer cərrahiyyəsi, Atropin göz damcıları və açıq havada daha çox vaxt keçirmək və göz istirahəti ilə müalicə edilə və ya düzəldilə bilər. Miyopiyanın tam dərman müalicəsi olmasa da müxtəlif üsullarla görmə düzəldilə bilər.

Eksimer Lazer Əməliyyatı: Gözlük və Linzadan Azad Olmağın Yolları

Eksimer Lazer Əməliyyatı – Miopiya, hipermetropiya və astiqmatizmin müalicəsi üçün istifadə olunan ağrısız və sürətli lazer prosedurudur. Cəmi 10-15 dəqiqə çəkən əməliyyat zamanı buynuz qişanın forması dəyişdirilərək işıq şüalarının düzgün fokuslanması təmin edilir. 1-2 gün ərzində bərpa olunur, görmə keyfiyyəti yaxşılaşır və eynək ehtiyacı aradan qalxır. Dəqiq və təhlükəsiz texnologiya ilə uzunmüddətli nəticə verir. Yan təsirlər nadirdir, ancaq ilk günlərdə bulanıq görmə, işığa həssaslıq və göz quruluğu ola bilər. Əməliyyatdan əvvəl həkim məsləhəti almaq vacibdir.

Non-touch üsulu nədir?

Non-touch üsulu göz lazer əməliyyatlarında ən müasir və təhlükəsiz texnologiyalardan biridir. Bu metod lazer cərrahiyyəsində kontakt olmadan, yəni gözü fiziki toxunmadan istifadə edilir.

Femto Lasik nədir?

Femto Lasik (Femtosecond Laser-Assisted in Situ Keratomileusis) müasir göz cərrahiyyəsində ən çox istifadə olunan lazer əməliyyatı üsullarından biridir. Bu prosedur yaxın və uzaq görmə qüsurları (miopiya, hipermetropiya) və astiqmatizmin korreksiyası üçün tətbiq olunur.

Quru Göz Sindromu Nədir?

Quru göz sindromu, gözlərin kifayət qədər gözyaşı istehsal etmədiyi və ya mövcud olan gözyaşının tez buxarlandığı bir haldır. Bu sindrom, hər yaşdan insana təsir edə bilər və zamanla daha ciddi problemlərə səbəb ola bilər.

Göz Qripi Nədir?

Göz qripi gözlərdə infeksiya və narahatlıq yaradan, adətən viral mənşəli olan bir vəziyyətdir. Bu xəstəlik həm böyüklərdə, həm də uşaqlarda rast gəlinə bilər.

Alt Vlefaroplastika Nədir?

Alt vlefaroplastika göz altı bölgəsinin estetik cərrahiyyəsi olub, əsasən yaşlanma əlamətlərini, torbaları və ya sallanmaları aradan qaldırmaq üçün istifadə olunur.

Tənbəl Göz Nədir? Problemin Mahiyyəti və Həlli Yolları

Tənbəl göz (ambliyopiya) uşaqlıq dövründə başlayan və adətən bir gözün görmə qabiliyyətinin digəri ilə müqayisədə zəif olması ilə xarakterizə olunan bir göz xəstəliyidir.