
Uşaqlar üçün “Görmənin Əlifbası”
Uşaqlar üçün “Görmənin Əlifbası” gəlir!
Hamımızın sevimlisi, uşaqların əziz müəllifi Bəhram Bağırzadə @bahram_bagirzade ilə birlikdə gözəl bir ideya üzərində çalışdıq!
Artıq uşaqların ən çox ehtiyac duyduğu dövrdəyik – miopiyanın artdığı, ekran qarşısında keçən saatların rekord vurduğu bir dövr. Biz də düşündük ki, göz sağlamlığı haqqında uşaqlarımıza öz dillərində, asan və maraqlı formada məlumat verməyin vaxtıdır.
Bunun üçün “Görmənin Əlifbası” adlı rəngli, maraqlı və öyrədici bir kitab hazırladıq.Əsas məqsədimiz, gözlərimizi bu rəqəmsal dövrdə necə qorumalı olduğumuzu uşaqlara anlatmaq, onlara düzgün görmə vərdişləri aşılamaqdır.
İnanırıq ki, bu kitab hər bir ailənin evində, hər bir uşağın çantasında olmalıdır. Çünki sağlam görmə, sağlam gələcəyin başlanğıcıdır!
Şərh yaz
Email adresiniz paylaşılmayacaq.
0 şərh