Uşaq üçün göz həkimi müayinə niyə lazımdır?

Uşaq üçün göz həkimi müayinə niyə lazımdır?

Uşaqların sağlam böyüməsi üçün görmə qabiliyyətinin düzgün inkişafı böyük əhəmiyyət daşıyır. Uşaqda vaxtında aşkarlanmayan göz problemləri təkcə fiziki deyil, həm də psixoloji və təhsil sahəsində ciddi təsirlərə səbəb ola bilər. Buna görə də, uşaq göz həkiminə mütəmadi olaraq aparılması sadəcə ehtiyac yarandıqda deyil, profilaktik məqsədlə də vacibdi

Bir çox göz xəstəliyi erkən yaşlarda gizli şəkildə inkişaf edir. Uşaqlar özlərindəki problemi bəzən ifadə edə bilmir və ya fərqinə varmırlar. Bu zaman valideynlər və həkimlər məsələni zamanında aşkar etməlidirlər. Xüsusilə 0–7 yaş arası dövrdə görmə sistemi formalaşdığı üçün müayinələr gecikərsə, bəzi problemlər qalıcı görmə itkisinə səbəb ola bilər.

Uşaq göz müayinəsi nə vaxt edilməlidir?

Tövsiyə edilən müayinə mərhələləri:

  • Doğuşdan sonra 6 ay ərzində – doğuşda anadangəlmə göz problemləri olub-olmadığını təyin etmək üçün

  • 3 yaşında – çəpgözlük, göz tənbəlliyi və görmə zəifliyinin erkən aşkarlanması

  • Məktəbə başlamazdan əvvəl (5-6 yaş) – öyrənməyə təsir edən gizli görmə problemlərinin müəyyənləşdirilməsi

  • Hər il – xüsusilə məktəb dövründə, çünki bu yaşda ekran qarşısında çox vaxt keçirmək miopiya (uzağı görmə zəifliyi) riskini artırır

 

Valideynlər nələrə diqqət etməlidir?

Uşağınızda aşağıdakı əlamətlər varsa, göz həkiminə aparmaq üçün gözləməyə ehtiyac yoxdur:

  • Gözlərini ovuşdurması və ya qırpması

  • Televizora və ya kitaba çox yaxın baxması

  • Gözlərini qıyması və ya tez-tez baş ağrısı şikayətləri

  • Gözlərin biri digərindən fərqli hərəkət edirsə (çəpgözlük)

  • Oxumaqda çətinlik və ya yazılara fokuslana bilməmək

  • Məktəbdə diqqət dağınıqlığı və öyrənmə çətinliyi

Bu əlamətlər uşaqda görmə zəifliyi, göz tənbəlliyi, astiqmatizm və ya digər oftalmoloji pozuntuların göstəricisi ola bilər.

Gecə linzaları haqda məlumatınız yoxdur? Elə isə indi linkə klik edin.

 

Uşaq göz həkimi hansı müayinələri aparır?

Peşəkar uşaq göz həkimi aşağıdakı əsas yoxlamaları aparır:

  • Görmə itiliyinin ölçülməsi

  • Çəpgözlük və hərəkət problemlərinin aşkarlanması

  • Göz təzyiqi və retina müayinəsi

  • Refraksiya testləri (miopiya, hipermetropiya və astiqmatizm diaqnozu)

  • Göz tənbəlliyi üçün testlər

  • Lazım olduqda eynək təyini və resepti

Müasir klinikalarda bu müayinələr uşağın yaşına uyğun, qeyri-invaziv və rahat üsullarla aparılır.

Uşaq göz həkiminə vaxtında aparmaq sadəcə bir sağlamlıq yoxlaması deyil, uşağın həyat keyfiyyətinə qoyulan uzunmüddətli bir investisiyadır. Erkən diaqnozla qarşısı alınan bir çox problem gələcəkdə daha ciddi narahatlıqların qarşısını ala bilər.

Əgər uşağınızın göz sağlamlığı ilə bağlı hər hansı şübhəniz varsa və ya profilaktik müayinə vaxtıdırsa, təcrübəli bir uşaq göz həkiminə müraciət etməyiniz mütləqdir.

Paylaş

0 şərh

Şərh yaz

Email adresiniz paylaşılmayacaq.